Bakının Binəqədi rayonunda güclü partlayış olub.
Teleqraf.com xəbər verir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb.
Məlumata görə, bu gecə saat 3 radələrində qəsəbə ərazisində fəaliyyət göstərən “Lider Cola” şirkətinin istehsal fabrikində güclü partlayış baş verib. Hadisə müəssisənin sexində sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin birinin partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində yanğın hadisəsi olmayıb və xəsarət alan yoxdur. Müəssisənin yaxınlığındakı bir neçə mənzil və ticarət obyektinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov