8 İyul 2016 20:32
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə və Biləsuvar rayonlarında yanğın hadisələri qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonu, Bağbanlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin tavanı 20 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: