9 İyul 2016 08:34
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonu, Zirik kəndində kənd əhalisinə məxsus ərazidə 50 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, ərazidəki digər taxıl sahələri yanğından mühafizə olunub.

Bundan başqa, Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Zərdab rayonu, Məmmədqasımlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 0,5 ha biçilmiş taxıl sahəsi və 1 ha biçilməmiş yonca sahəsi yanıb. Ərazidəki əkin sahələri yanğından mühafizə olunub.

Həmçinin Cəlilabad rayonu, Əliqasımlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: