9 İyul 2016 01:17
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evakuator sürücüsünün təhlükəsizlik qaydasına əməl etməməsi yenə də maddi zərərə səbəb oldu.

Teleqraf.com xezerxeber.com-a istinadən bildirir ki, Bakıda, dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuator apararkən avtomobilin altındakı qoşqu hissəsini qoparıb. Bununla da avtomobilə xeyli ziyan vurub. Baş vermiş hadisə evakuatorların bu cür hadisələrdən sığortalanma məsələsini gündəmə gətirib.

Arxa sağ tərəfdə qoşqu yerindən dartılaraq zərbə alan maşının kuzovu yararsız hala düşüb. Hadisə ötən gün Bakıda baş verib. Bir nəfər bahalı avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru həmin avtomobili cərimə meydançasına aparmaq istəyib.

Sürücü avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yerini zədələyib. Daha doğrusu avtomobili qoşqu ilə çəkərkən altını qoparıb. Avtomobili zədələdiyini ona külli miqdarda ziyan vurduğunu görən sürücü dərhal qoşqu trosunu açıb ərazidən uzaqlaşıb. Həmin vaxt avtomobil əl əyləcindən istifadə edilməklə park edilib. Evakuator da avtomobili qəfildən sürətlə çəkdiyi üçün bu hadisə olub.

Hadisə evakuatorların avtomobil apararkən vurduqları ziyanın qarşılanmasını, daha doğrusu belə hadisələrə qarşı sığortalanması məsələsini aktuallaşdırır. Ekspertlərin sözlərinə görə əksər evakuatorların nəyin ki, apardıqları yükl bağlı, heç özlərinin icbari sığortası belə yoxdur.

Ərşad Hüseynovun sözlərinə görə yol hərəkəti haqqında qanunun 85-ci maddəsində qeyd edilir ki, evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurum qarşılamalıdır. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər. Bu hadisədə başqa bir məqam da evakuator sürücüsünün təhlükəsizlik qaydalarına əməl etməməsidir.


Müəllif:

Oxşar xəbərlər