12 İyul 2016 09:25
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib.

Respublika Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.

Cəlilabad rayon sakini Telman Ağayev idarə etdiyi “Lada Kalina” markalı avtomobillə hərəkətdə olarkən Həbulla İbrahimovun sürdüyü “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov xasarət alıblar. Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: