13 İyul 2016 13:27
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi məhkəmənin vaxtı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Rüfət Səfərovun cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Cinayət işi hakim Asim Hacıyevin icraatına verilib və məhkəmənin hazırlıq iclası iyulun 25-nə təyin edilib.

Rüfət Səfərovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətləri aparılıb.

Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər