13 İyul 2016 16:18
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Aprlyasiya Məhkəməsində tele-jurnalist Qulu Məhərrəmlinin İctimai TV əməkdaşı Rauf Rəcəbova qarşı iddiasının təmin olunmamasından verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Qulu Məhərrəmlinin Rauf Rəcəbova qarşı iddiası əsassız hesab olunub və icraata qəbul edilməyib.

Həmin qərardan narazı qalan Qulu Məhərrəmli apelyasiya şikayəti verib. Tele-jurnalist Rauf Rəcəbovun ona böhtan atdığını və barəsində cinayət işinin başlanmasını istəyib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə bu gün keçirilən ilkin baxış iclasında apelyasiya şikayətinin dəlilləri müəyyən olunub. Məhkəmə baxışı iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov Qulu Məhərrəmliyə qarşı məhkəməyə xüsusi ittiham qaydasında şikayət verib. Həmin şikayətə Yasamal Rayon Məhkəməsində baxılır.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.


Bu müsahibədən sonra isə jurnalistlər İlhamə Novruzova və Rauf Rəcəbov mətbuatda Qulu Məhərrəmli barəsində tənqidi yazılarla çıxış ediblər.

Qulu Məhərrəmli hər iki jurnalistin barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin başlanmasını istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər