14 İyul 2016 11:12

Ukraynanın Xarkov vilayətində azərbaycanlı iş adamına məxsus ticarət obyektləri qarət olunub, avtomobilləri qaçırılıb.

Xarkov vilayəti azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, iyulun 11-dən 12- keçən gecə əslən Azərbaycanın Gəncə şəhərindən olan, Ukrayna vətəndaşı, Xarkov şəhərində yaşayan 1969-cu il təvəllüdlü İlham Hümbət oğlu Mehbalayevin evinin yaxınlığında ona məxsus iki ticarət obyekti qarət olunub, iki avtomobili qaçırılıb.

Ümumilikdə iş adamına 400 000 dollara qədər ziyan dəydiyi bildirilir. Faktla bağlı Xarkov polisi araşdırma aparır.


Müəllif:
Загрузка...