14 İyul 2016 14:15
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan şəxslərin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Təyyar Cavadov ifadə verib.

Təyyar Cavadov bilxirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır: "Hadisə vaxtı evdə qızım Şahnaz Qəniyeva və onun 1 yaş 9 alıq övladı Ömər olub. Mən isə həmin gün Bakı Qızlar Unversitütində imtahan komissiyasının üzvü olmuşam. Bu zaman qızım mənə zəng vurdu və binanın yandığını, içəridən çıxa bilmədiklərini dedi. Təxminən 15 dəqiqəyə evə gəldim. Arıq yanğınsöndürənlər orda idi".

Təyyar Cavdov bildirib ki, azyaşlı nəvəsi hadisə yerində ölüb, qızı isə xəstəxanada tibbi yardım alıb. O, bildirib ki, hadisə zamanı ona 74 min manat ziyan dəyib: "Mən hadisə zamanı 4 saat həyətdə qışqırmışam ki, iki nəfər köməksiz vəziyyətdə 2-ci blok, 7-ci mərtəbə, 39-cu mənzilldə qalıb. Bir neçə saatdan sonra dedilər ki, içəridə heç kim qalmayıb. Mən də xəstəxanaya getdim. Orada nəvəmin öldüyünü bildim. Ailəmin və özümün sarsıntı keçirməyimlə bağlı təzminat tələb edirəm. Mənəvi zərərin ölçüsü yoxdur. Dünya praktikası ilə ölçülsə, bu 10 milyon miqdarındadır. Amma Azərbaycan rellığı ilə 100 min manat təzminat tələb edirəm. Burada mühakimə olunan 8 nəfərin cinayətkar olduğunu bilmirəm. Əgər məhkəmənin qərarı ilə bu şəxslərin cinayətkar olduğu müəyyən olunsa, dəymiş ziyanı tələb edəcəm".

Digər zərərçəkmiş Rəsmiyyə Mustafayeva da ifadə verib. O, bildirib ki, hadisə zamanı evdə olmayıb.

Zərərçəkmiş Səbinə Manafova qeyd edib ki, işdə olduğu vaxt anası Elmira zəng vurub: "Anam dedi ki, bina yanır, köməksiz qalmışaşm. Tələsik evə gəldim. Anamı binanın həyətində tapdım. Anamın vəziyyəti ağır idu. Onu xəstəxanaya apardıq".

Daha sonra zərərçəkmiş Ilqar Vahabov ifadə verib. O bildirib ki, hadisə zamanı işdə olub: "Həyyat yoldaşım Aysel zəng vurub və binanın yandığını deyib. Ona tez evdən çıxmasını tapşırdım. Təxminən saat 11-də zəng vurdum. Yoldaşıma zəng catmadı. Həyacalı olduğum üçün evə gəldim. Həyat yoldaşımı tapa bilmədim. Həmin vaxt uşaqlar dərsdə idi. Məktəbə getdim. Həyat yoldaşım məktəbdə idi".

Ilqar Vahabov qeyd edib ki, ona 30 min manat maddi ziyan dəyib: "Bunu iddia ərizəmdə göstərmişəm. Allah bir daha göstərməsin, dəhşətli hadisə idi".

Daha sonra zərərçəkmiş Ərəstun Nemətov bildirib ki, binanın 16-cı mərtəbəsində yaşayır: "Mən taksi fəaliyyəti ilə məşğul olduğum üçün binanın həyətində maşında oturmuşdum. Birdən bina yanmağa başladı. Evdə həyat yoldaşım, oğlum və azyaşlı nəvəm var idi. Evə qaçdım ki, ailəmi çıxardım. Birtəhər onları evdən çıxara bildim. Onlar tüstüdən boğulurdu. Nəvəm dedi ki, baba ölürəm. Ona dedim ki, qoymaram öləsən".

Hadisə vaxtı vəfat edən azyaşlı Ayxanın nənəsi Zəhra Babayeva bildirib ki, hadisə zamanı işdə olub: "Orada itki çox az ola bilərdi, mənim nəvəm sağ qala bilərdi. Saat 12-də dayəyə də zəng catmadı. Oğlumu içəri buraxmadılar. Imkan vermirdilər içəri girək, uşağı xilas edək".

Zəhra Babayeva bildurib ki, nəvəsinin ölməsini əvvəlcə onlardan gizlədiblər: "Həkim yazıb ki, nəvəm dəm qazından zəhərlənərək ölüb. Orada dəm qazı olub? Bu uşaq bizim həyatımız idi. Onun hər sözünə sevinirdik. Nəvəm tüstüdən boğulub. Nəvəmin dəm qazından zəhərlənərək ölməsi barədə rəy vəren həkimin üzünə tüpürərəm".

Xətai Şahverdiyev bildirib ki, yanğınsöndürən olub. Onun sözlərinə görə, yanğının söndürülməsi üçün köməyə gəlib. O, bildirib ki, işlədiyi ərazi Binəqədi rayonu ərazisi olmayıb.

Xətai Şahverdiyev deyib ki, hadisə zamanı zəhərlənib: "14-cü mərtəbədə köməksiz vəziyyətdə qadın var idi. Qadın hələ də sağ idi. Döyüş paltarımı ona geyindirdim və onu aşağı düşürməyə başladım. Həmin vaxt qolumdan xəsarət almışam, həm də zəhərlənmişəm".

Proses günün ikinci yarısında davam edəcək.

2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 16 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər