14 İyul 2016 17:47
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Vidalət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü il dekabrın 19-da Vidalət İsmayılov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Əliyevanı qətlə yetirdiyinə görə həbs edilib.

Müəyyən edilib ki, Esmira Əliyevanı qeyri-rəsmi nikahda olduğu 2-ci qrup əlil Vidalət İsmayılov kirayə yaşadıqları mənzildə qısqanclıq zəminində boğaraq qətlə yetirib. İstintaqda Vidalət İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlum olub ki, Vidalət İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Əsgərovanı da qətlə yetirib. O, qadının Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb.

Qeyd edək ki, Vidalət İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şalla boğaraq öldürüb. Onun da meyitini Göygöl rayonunun Totanlı kəndində özünə məxsus evin həyətində basdırıb.

Vidalət İsmayılov təqsirləndirilən şəxs qismində dindirilərkən 31 may 2006-cı il tarixdə Gəncə şəhərində yaşadığı evdə keçmiş arvadı Rəna Əsgərovanı qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını bildirib.

Həmin məlumat əsasında 2015-ci ilin fevralın 18-də şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs Vidalət İsmayılovun ifadəsində göstərdiyi yer qazılaraq oradan parçaya bükülmüş vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.

Vidalət İsmayılov Cinayət Məcəlləsinin 120.2.10-cu (təkrar adam öldürmə) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Vidalət İsmayılov 20 il azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər