24 İyun 2014 13:59
695

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1997-ci il təvəllüdlü Rahib Lətifov tutulub.
Rahib Lətifov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olub.

Rahib Lətifov ötən il, iyunun 7-də Sabunçu qəsəbəsində münaqişə zəminində həmyerlisi Bayram Məmmədəliyevu bıçaqlayıb. O, istintaqdan yayınaraq gizlənib.

Hacı Zeynalov


Müəllif: