24 İyun 2014 14:04
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi vətəndaşların etibarında sui-istifadə edərək dələduzluq edən şəxsləri həbs edib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1973-cü il təvəllüdlü Elxan Məmmədov tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Dələduzluq ittihamı ilə axtarışda olan daha iki nəfərin tutulması üçün əməliyyatı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları keçirib. Keçirilən əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1977-ci il təvəllüdlü Ramiz Əliyev və 1960-cı il təvəllüdlü Eyvaz Məmmədov həbs edilib.

Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Emin Ələsgərov tutulub.

Hacı Zeynalov


Müəllif: