18 İyul 2016 15:07
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda polis əməkdaşları ilə narkotik alverçiləri arasında insident yaşanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.

Katex kəndində Akin Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib.

Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq Kamkil Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.

Kamil Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: