Xırdalan şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Zəhra Əliyarovanın evində qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova bıçaqlanıb.
Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Aygün Cabbarovanın atası Nəsib Cabbarov tutulub.
Nəsim Cabbarov istintaqa verdiyi ifadəsində qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O bildirib ki, qohumlarından biri qızı haqqında xoşagəlməz ifadə işlədib. Onun sözlərinə görə, həmin qohumu qızının hərəkətləri nəticəsində başını aşağı edib: “Mən də qızımdan heç nə soruşmadım və evə gələrək onu yatdığı yerdə öldürdüm”.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov