Daşkəsən rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kəmərqaya kəndi ərazisində dərədə qeydə alınıb.
Samux rayon sakini, 1954-cü il təvəllüdlü Məhəmməd İbrahimov həmin ərazidə bıçaqlanaraq öldürülüb. Məlumata görə, Məhəmməd İbrahimov bir neçə gün əvvəl Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən itkin düşmüş şəxs kimi axtarışda olub.
Məhəmməd İbrahimov iyulun 16-da avtomobili ilə evdən gedib və bir daha ailə üzvləri ondan xəbər tuta bilməyib. Onun avtomobili iyulun 20-də Kəmərqaya kəndi ərazisində tapılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov