22 İyul 2016 14:45
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zahid İsmayılov və Elnur Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.

Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Z.İsmayılov və E.Əsədli quldurluqda təqsirli bilinərək saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər 2015-ci ildə Binəqədi rayon ərazisində marketdən 130 manat pulu quldurluq yolu ilə ələ keçiriblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər