23 İyul 2016 13:00
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar sakini əmisi oğlunu bıçaqlayıb.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Boyad kəndində qeydə alınıb. Kənd sakini Loğman Rəhimov əmisi oğlu Elsun Rəhimova bıçaqla xəsarət yetirib. Xəsarət salan şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən L.Rəhimov saxlanılıb. İlkin araşdırma zamanı hadisənin ehtiyatsızlıqdan baş verdiyi məlum olub.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər