Lənkəranda yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Ötən gün Lənkəranda baş verən yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, iyulun 22-si gecə saatlarında Lənkəranda avtoqəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev bu gün dünyasını dəyişib.