25 İyul 2016 09:51
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyulun 19-da, gecə saatlarında Bakı şəhər sakini Əhməd Həziyev döyülüb.

Əhməd Həziyev döyülməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Araz Məhərrəmov tutulub.

Onun mayın 7-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təmraz Bəşirovla birgə Namiq Quliyevin 250 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə Təmraz Bəşirov da tutulub.

Hacı Zeynalov


Müəllif: