Gəncə şəhərində intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Türklər qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini 1966-cı il təvəllüdlü Qəribə Məmmədova yaşadığı evdə özünü asaraq ölüb. Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov