Bu gün Masallı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 306 m² olan dülgər sexində yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin çardağının yanar konstruksiayaları 108 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.