26 İyul 2016 21:32
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşlarının məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Qvabtsa Salamaze 9 il, Qriqol Kuruşvili və Nika Bumbeyişvili hər biri 10 il müddətində azadlıqdan məhrum ediliblər.

Gürcüstan vətəndaşları Qriqol Kuruşvili, Nika Bumbeyişvili və Qvabtsa Salamatze Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham edilib. Dəstə üzvləri paytaxtın ayrı-ayrı rayonlarında çoxlu sayda oğurluq etməkdə təqsirli biliniblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər