Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıblar.
İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” Gömrük Postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlama zamanı avtomobildən 21 600 ədəd siqaret aşkar edilib.
“Xanoba” Gömrük Postunda isə nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 8000 ədəd siqaret tapılaraq götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.