28 İyul 2016 15:34
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon polis şöbəsinin əməkdaşları xüsusi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ülgüc kənd sakini, əvvəllər məhkum olunmuş Təvəkkül Məmmədov həbs edilib.

Təvəkkül Məmmədova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 64 ədəd çətənə kolu, 1 kiloqram 55 qram marixuana və 1 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Təvəkkül Məmmədovun tanışı, Ağsu şəhər sakini Cəmil Hidayətova məxsus ayaqqabı sexinə baxış zamanı isə 31,42 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: