Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fərman Eminov şəxsi münasibətlər zəminində qonşusu, 1980-ci il təvəllüdlü Elməddin Əmənovu bıçaqlayaraq öldürüb.
Hadisəni törədən Fərman Eminov polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov