Bakının Qaradağ rayonunda iki nəfər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Vüqar Bağırovun vəziyyəti orta-ağır olduğu bildirilir. Ramil Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov