29 İyul 2016 15:40
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 9 gün əvvəl özünü avtobusun altına atan qadın xəstəxanada vəfat edib.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 20-də baş verib.

Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova özünü Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusun altına atıb. Xəstəxanaya yerləşdirilmiş Sevil Şükürova iyulun 28-də orada ölüb.

Məlumata görə, Sevil Şükürova intihar etmək məqsədilə özünü avtobusun altına atıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər