29 İyul 2016 16:35
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımov saxlanılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.
Hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə Loğman Abdullayevin vəkili Cavad Cavadov vəsatətlə çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işində maddi sübutların olmadığını və işin ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər