Bakının Nərimanov rayonunda 23 yaşlı qız təcavüzə məruz qalması ilə bağlı polisə şikayət edib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sevda Hüseynova (ad və soyad şərti verilib) Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə şikayət edib.
Sevda Hüseynova şikayətində göstərib ki, 2014-cü ildə “odnoklassniki”də 1985-ci il təvəllüdlü Elşad Allahverdiyev ilə tanış olub. Bir qədər sosial şəbəkədə danışan Sevda daha sonra Elşad Allahverdiyev ilə görüşməyə başlayıb.
Elşad Allahverdiyev Sevda Hüseynova ilə evlənəcəyi barədə vəd verib və onun Nərimanov rayonu ərazisində olan kirayə tutduğu evlərdən birinə gətirib.
Elşad Allahverdiyev həmin evdə Sevda ilə cinsi əlaqədə olub. O, həmin evdə Sevda ilə cinsi əlaqədə olan zaman mobil telefonu vasitəsi ilə çəkiliş aparıb. Daha sonra Elşad Allahverdiyev həmin video çəkilişlərdən foto şəkillər çıxardıb. Bundan sonra Elşad Allahverdiyev qızı şantaj etməyə başlayıb.
Bir neçə dəfə o, 23 yaşlı qızdan belə şantaj etməklə pul alıb. Sonda Elşada verməyə pul tapa bilməyən Sevda polisə şikayət etməyə məcbur olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov