30 İyul 2016 09:51
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Ordusu (İŞİD) terror təşkilatının Suriya ərazisində olan qanunsuz silahlı birləşmələrində iştirakda ittiham olunan İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tahirovun apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Telman Bəkirov və Mübariz Tahirovun apelyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada baxılacaq. Onların şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılır. Apelyasiya şikayəti üzrə ilkin baxış iclası avqustun 3-nə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl hər iki şəxsin şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada baxılıb. Həmin hakim kollegiyası ilkin baxış iclasının qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması nəticəsinə gəlib.

Lakin qərardan təqsirləndirilən şəxslər narazı qalıblar və apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul edilməsi üçün kasasiya şikayəti verilib.

Ali Məhkəmədə işə baxan hakimlər İlqar Murquzovun çıxardığı qərarı ləğv ediblər və işə məhkəmə istintaqı ilə baxılması barədə qərar qəbul ediblər. İş yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilib.

Xatıdladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin 14 il müddətə azadlıqdan məhrum edilib. Onlar məhkəmənin hökmü ilə razılaşmayıblar və barələrində bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tə5rəfindən həbs edilib. Telman Bəkirov və Mübariz Tağıyev 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər