30 İyul 2016 14:57
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, iyulun 28-də naməlum şəxs Özbəkistan vətəndaşı Dürdanə Abdullayevanın 500 ABŞ dollarını alıb.

Dürdanə Abdullayeva dələduzluqla üzləşməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dürdanə Abdullayevanın dələduzluq yolu ilə pulunu alan Astara rayon sakini Famil İsmayılov saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər