30 İyul 2016 17:05
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Anar Əmrahov vurulub. Anar Əmrahov xəstəxanaya yerləşdirilib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Elmar Hacıyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: