Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərtər sakini tutulub.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Sərxan Əliyev 6 kiloqram 120 qram marixuananı rayon ərazisində satarkən tutulub.