“Bu il mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 (+156) ağır və xüsusilə ağır cinayət törətmiş 134 (-8) cinayətkar qrup zərərsizləşdirilib”.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Məlumata görə, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 (+22) nəfər cinayət məsuliyyətinə cəlb edilib: “Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Müvafiq fəaliyyət çərçivəsində müxtəlif cinayətlər törətmiş 7003 (+481), o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1121 (-41) nəfər məhkəmə məsuliyyətinə cəlb edilib”.
Hacı Zeynalov