2 Avqust 2016 10:15
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaran hadisələri ilə bağlı tutulan Vüsal Alışın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Nəsimi rayon Məhkəməsinin Vüsal Alış barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Nəsimi Məhkəməsi seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə artırıb. Qərardan narazı qalan Vüsal Alış apelyasiya şikayəti verib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Alışlının şikayəti üzrə qərar elan olunub. Qərara görə, Vüqar Alışının apelyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Taleh Bağırov və onun təşkilatının 16 üzvü, həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Avqustun 3-də məhkəmə istintaqı başlayacaq.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər