Bakının Binəqədi rayonunda quldurluq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Fatmayı qəsəbəsində qeydə alınıb.
Avqustun 1-də 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıb.
Binəqədi Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov tutulublar.
Hacı Zeynalov