25 İyun 2014 13:04
773

Abşeron rayonu, Novxanı qəsəbəsində qanlı cinayət hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, qəsəbə sakini 24 yaşlı Vüqar Yusifov aralarında yaranmış münaqişə zəminində Asif Məmmədovu və onun qardaşı 26 yaşlı Vasif Məmmədovu bıçaqlayıb.

Vasif Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Asif Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Vüqar Yusifov polis tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: