Bakının Nərimanov rayonunda iki il əvvəl baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Emin Alməmmədov tutulub.
Məlum olub ki, Emin Alməmmədov 2014-cü il oktyabr ayında Bakı şəhər sakinləri Pavel Şirokova və qızı Marinaya məxsus plastik kartları oğurlayıb və onların hesablarından 260 manat pul çıxarıb.
Bu hadisədən bir il sonra yenidən Marina Şirokovaya qarşı quldurluq edib. O, 2015-ci ilin noyabrında Marina Şirokovanı bıçaqla hədələyərək içərisində 530 manat və 100 ABŞ dolları, habelə sənədlər olan pul kisəsini əlindən alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov