Salyan rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avqustun 3-də Bakı şəhərində naməlum şəxs Şirvan şəhər sakini İlqar Xankişiyevin idarə etdiyi “Lada Priora” markalı avtomobilə sərnişin qismində oturub və Salyan rayonuna gedəcəyini bildirib.
Həmin şəxs rayonun Sarıcalı kəndində İlqar Xankişiyevi döyərək avtomobildən düşürüb və həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib. Salyan rayon polis şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Rəfael Abbasov Şirvan şəhəri ərazisində tutulub və avtomobil sahibinə qaytarılıb.
Hacı Zeynalov