17:55
Günün ikinci yarısında Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Çəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Abbas Hüseyn ifadə verib. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib. Abbas Hüseyn dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.
Proses avqustun 4-də davam etdiriləcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı, eləcə də 16 nəfər təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar hadisə zamanı polisə müqavimət göstərmədiklərini bildiriblər.
Daha sonra Taleh Bağırov ittiham üzrə sərbəst ifadə verib. O, sərbəst çıxışını başa çatdırandan sonra dövlət ittihamçısının və vəkili Elçin Sadıqovun suallarını cavablandırıb.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov