3 Avqust 2016 16:54
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Xəstəxanaya yerləşdirilən yaralılardan Sərxan Mahmudov dünyasını dəyişib. Zaur Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, mərhumla təqsirləndirilən şəxs qonşu olublar. Hadisədən əvvəl qonşu Elçin maşını uyğunsuz yerdə saxlayıb, Zaur maşınını məhəllədən çıxara bilməyib.

Zaur qonşusundan maşınını geri çəkməsini istəyəndə Elçin ona sərt cavab verib. Deyib ki, sən hələ Binəqədiyə gəlməzdən qabaq burda yaşamışam, maşını harda istəsəm, orda saxlayaram. Onların arasında mübahisə yaranıb, Zaur Elçini sinəsindən itələyib. Bu vaxt mübahisəyə Elçin Qədimovun qohumu Sərxan müdaxilə edib. Sərxan Zaur Manafova söyüş söyüb. Dava sonda qanlı olayla nəticələnib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Zaur Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər