Gəncə şəhərində bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Asiman Məmmədov naməlum şəraitdə bıçaqlanıb.
Asiman Məmmədov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hazırda Asiman Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin kimin tərəfindən, hansı səbəbdən törədildiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov