Şəmkir rayonunda toyda yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muxtariyyə kəndində qeydə alınıb.
Avqustun 2-də keçirilən toy mərasimində musiqi sifarişi üstündə dava olub. Dava zamanı Muxtariyyə kənd sakini, 1970-ci il təvəllüdlü Saməddin Namazov bıçaqlanıb.
Saməddin Namazov bıçaq xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Şəmkir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov