Qax rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.
Kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Xəlilov bacısı oğlu, 1981-ci il təvəllüdlü Oruc Əhmədov ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı Oruc Əhmədov özündə olan bıçaqla Əfqan Xəlilova bir neçə zərbə vurub. Bıçaq xəsarəti alan Əfqan Xəlilov xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Əfqan Xəlilovun həyatını xilas etmək mümkün olub. Hazırda Əfqan Xəlilovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Oruc Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov