Bakının Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gecə, saat 03.10 radələrində qeydə alınıb.
Bir gənc “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən asma körpüyə çıxıb intihara cəhd etmək istəyib.
Həmin şəxs ərazidə olan polis əməkdaşları tərəfindən xilas edilib.
Məlum olub ki, intihar etmək istəyən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Teymur Paşayevdir. O, saxlanılaraq qeydiyyatda olduğu ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə təhvil verilib.
İlkin məlumata görə, 25 yaşlı oğlan sevdiyi qızdan rədd cavabı alıb və buna görə də özünü öldürmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov