Bakıda kütləvi dava olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan-Qala avtomobil yolunun şərq hissəsində, "Qalabazar" İstirahət Mərkəzinin yaxınlığında baş verib.
Hadisə ərazidəki torpaq sahəsi üstündə olub. Məlumata görə, "Qalabazar" İstirahət Mərkəzinin sahibləri ilə yaxınlıqdakı torpaq sahəsinin sahibkarı arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib.
"Qalabazar" İstirahət Mərkəzi rəhbərinin adamları sahibkara məxsus torpaq sahəsində tikinti aparan şəxslərə hücum edib və onları döyüblər. Hadisə zamanı əraziyə gələn, "Qalabazar" İstirahət Mərkəzinin sahiblərindən biri Mehdi adlı şəxs şəxsi avtomobili ilə Bakı şəhər sakinləri - Zamanov Avtandil Məhərrəm oğlu, Kərimov Ələddin Qafar oğlu və torpaq sahəsinin sahibinin nümayəndəsi Rüfət Vəliyevi vurub.
Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Yaralılara Təcili Tibbi Yardım Briqadası tərəfindən ilk tibbi yardım göstərilib və xəsarət alanlardan iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.
Xəzər rayon Polis İdarəsindən faktı təstiqləsələr də, hadisə ilə bağlı əlavə məlumat verilməyib.(“Trend”)