5 Avqust 2016 15:00
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşın evindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kaveroçkin küçəsində qeydə alınıb.

Həmin küçədə mənzillərdən birində kirayədə yaşayan Türkiyə vətəndaşı, 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilindən oğurluq edilib.

Mənzilə daxil olan şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min manat oğurlayıblar.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər