5 Avqust 2016 21:13
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda mağazaya basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki mağazalardan birinə gəlmiş 2 naməlum şəxs satıcı işləyən Əbülfəz Hüseynova zor tətbiq edərək oradan 250 manat pul aparıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Şahin Bədəlov və Novruz Babayev tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər