25 İyun 2014 16:28
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğlan atasını və bacısını bıçaqlayıb.

Teleqraf.com anspress-ə istinadən bildirir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Adıçəkilən kənd sakini 1995-ci il təvəllülü Əjdər Rasim oğlu Nəhmədov ailə münaqişəsi zəminində atası 1966-cı il təvəllüdlü Rasim Nəhmədov və bacısı 1999-cu il təvəllüdlü Təhminə Nəhmədovanın bədəninə çoxsaylı bıçaq zərbələri ilə xəsarətləri yetirib. Yaralı ata və qızı yaxınları tərəfindən Cəlilabad mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Hazırda yaralı ata və qızının durumu normaldır. Zərəçəkənlərin sözlərinə görə, onları bıçaqlayan Əjdər ailədə tez-tez münaqişə yaradıb.


Müəllif: