26 İyun 2014 12:24
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda avtomobil çəpərə çırpılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Liman şəhərində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Elnur Xanoğlan oğlu Sultanov aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Sultanovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: